Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə növbəti səyyar qəbul - görüş keçirdi

0

  •         Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, 5 sentyabr tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə məskunlaşmış əsasən Xocalı rayon Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul - görüş keçirdi.   
            Qəsəbə sakinlərini narahat edən məsələləri öz dilindən eşitmək və onların həlli istiqamətində əməli işlər görmək məqsədilə keçirilən səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq - mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. 
            Səyyar qəbul - görüşdə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev qəsəbədə bir müddət əvvəl telefonlaşdırma işlərinin yekunlaşdırıldığını qeyd etdi. Bildirdi ki, abunəçilərin internetə qoşulması üçün  müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.
            Müraciətlər əsasən veteran vəsiqəsinin verilməsi, işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı oldu.
            Şahmar Usubov səslənən müraciətlərin həllini nəzarətə götürdü, araşdırılmalı problemlərin qanuna uyğun formada həlli istiqamətində tapşırıqlar verdi.






















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib49 dəfə
    Şahmar Usubov Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə növbəti səyyar qəbul görüş keçirdi

    Maraqlı gələ bilər
    88
    47
    61